İranın qətlini planlaşdırdığı şəxsin adı açıqlanıb
Noyabr 16
15:32
2022
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı bölməsi olan "Əl-Qüds”ün israilli iş adamı, Gürcüstan-İsrail Ticarət Palatasının prezidenti İtzik Moşeyə qarşı sui-qəsd hazırladığı məlum olub. "Report" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatlı mənbə deyib.
İsrailin kəşfiyyat orqanları İranın Moşeyə qarşı sui-qəsd hazırdığı barədə Gürcüstan tərəfini məlumatlandırıb.
İsrailin Tbilisidəki səfiri Adas Meysad sui-qəsdin qarşısını aldığı üçün Gürcüstanın xüsusi xidmət orqanlarına və hökumətinə təşəkkür edib.
"Biz bir daha şahidi olduq ki, İran təkcə Yaxın Şərqdə deyil, bütün dünyada, indi də burada, dinc Gürcüstanda terror aktları törətmək cəhdlərini davam etdirir”, - səfir yazıb.



