İranın Londondakı səfirliyinə hücum olub
Mart 10
08:55
2018
Martın 9-da İranın Londondakı səfirliyi hücuma məruz qalıb.
RİA Novosti-nin verdiyi xəbərə görə, bir neçə nəfər səfirliyin eyvanına soxularaq İranın dövlət bayrağını çıxarıb və özləri ilə gətirdikləri iki bayraqla əvəzləyiblər.
İnsidentlə əlaqədar polis tərəfindən 4 nəfər saxlanılıb.Faktı təsdiqləyən İranın Böyük Britaniyadakı səfiri Həmid Baidinecat bildirib ki, hadisəni törədənlər "britaniyalı şiələr” sektasının üzvləri olub.
BBC Persian-ın məlumatına görə, səfirliyə hücumu ayətullah Məhəmməd Şirazinin tərəfdarları edib. Bildirilir ki, 2001-ci ildə vəfat edən Şirazi İranın sabiq ali dini lideri ayətullah Xomeyninin əleyhdarı olub.
Skotland-Yard faktla bağlı araşdırma aparır.(APA)