SON XƏBƏR

İranın Britaniya səfiri də üzr istədi: “Mən rəsmi mövqeni dilə gətirmişəm”

Yanvar 11
15:56 2020
İran Respublikasının Böyük Britaniyadakı səfiri Həmid Baidinejad,Ukrayna "Boeing”inin raketlə vurula bilməyəcəyinə dair dediyi sözə görə üzr istəyib. 

Qaynarinfo xəbər verir ki, bu barədə o, yanvarın 11-i öz Tvitter səhifəsində məlumat verib.

"Dünən Britaniya mediasına verdiyi açıqlamamda ölkəmdəki məsul qurumların Ukrayna təyyarəsinin raketlə vurulmadığı ilə bağlı rəsmi mövqelərini dilə gətirdim. Bu cür yanlış fikri çatdırdığım üçün üzr istəyir və təəssüflənirəm”, - deyə Baidinejad yazıb.

Qeyd edək ki, sözügedən müsahibəni səfir Sky News-a verib. Jurnalistə açıqlamasında o, heç bir raketin atılmadığına əmin olduğunu və təyyarənin vurulduğu anı əks etdirən videonun yanlışlığını qeyd etmişdi.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook