İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi İrəvana səfər edib
![](https://qlobal.az/photo/680x365/2025-01/1736404921_676.jpg?1736945993)
Yanvar 09
10:24
2025
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Ermənistana səfər edib.
APA Ermənistan KİV-ə istinadən xəbər verir ki, iranlı həmkarını Yerevan Zvartnots hava limanında Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan qarşılayıb.
Daha sonra tərəflər arasında ikitərəfli əsasda danışıqlar baş tutub.