SON XƏBƏR

İrandan gətirilən portağal və kartofda təhlükəli bakteriyalar aşkarlandı

Mart 16
12:02 2023
"İrandan gətirilən portağal və kartoflarda müşahidə olunan bakteriyalar bitkilərin təhlükəsizliyi üçün zərərlidir. Onlar Azərbaycanda əkinçiliyə ciddi problem yarada bilər”. 

Bunu Qaynarinfo-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov deyib. Onun sözlərinə görə, həmin bakteriyalar bitkiçilik və ətraf mühit üçün təhlükə yaradır:

"Bitki xəstəliklərini izləyən beynəlxalq büro var, hansı ölkədə hansı bitki xəstəliklərin olması ilə bağlı onlar məlumatlar yayırlar. Azərbaycanın ətraf mühiti həddindən artıq çirklənib. Bəzi bitkiləri yetişdirəndə böyük problemlərlə rastlaşırıq. Qida Təhlükəsizliyi Agentliyi bu istiqamətdə işə başlayıb və yəqin ki, uğurlu nəticələr əldə olunacaq. Hər bir şəxs ölkənin ətraf mühitinin, xüsusən də bitki xəstəliklərinin yayılmasının qarşısını almaq üçün addımlar atmalıdır”.

Eyyub Hüseynov yay aylarında meşələrdə Amerika kəpənəklərinə rast gəlindiyini vurğulayıb:

"Onlar ağacların yarpaqlarına tor şəkildə bürünür. Çox təhlükəli kərənəklərdir və qorxulu xəstəliklər yarada bilər. Təəsüflər olsun ki, bunun kökünün kəsilməsi üçün ciddi işlər getmir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu problemlərə diqqət yetirməlidir. Hansı meşədə həmin ağaclardan varsa, onlar müəyyən olunmalıdır. Bu, ciddi məsələdir”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook