SON XƏBƏR

"İrandan Ermənistana silah daşınmasına etiraz edən 300 güneyli həbs edilmişdi" - Jalə Təbrizli

Noyabr 30
12:46 2022
"İkinci Qarabağ müharibəsi zamanı İran vasitəsilə Ermənistana silahların daşınmasına etiraz edən 300 nəfər güneyli həbs edilmişdi".

"Report” xəbər verir ki, bunu Təbriz əsilli və hazırda Fransada yaşayan azərbaycanlı tədqiqatçı, İran azərbaycanlılarının insan hüquqları müdafiəçisi, "Ərk" İnsan Haqları Komitəsinin sədri Jalə Təbrizli noyabrın 30-da "Urmu gölünün harayı" adlı tədbirdə deyib.

"İllərdir ki, biz həbs edilən milli fəallarımızın müdafiəsi üçün işlər aparırıq. Biz çəkinmədən onları müdafiə edirik", - o bildirib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook