İrandan Azərbaycana terror hədəsi: Tehran buna gedə bilərmi?
Noyabr 10
15:29
2022
İranlı siyasi şərhçi Həkmid Babai xəbərdarlıq edib ki, noyabrın 15-də bu ölkənin Bakıdakı səfirliyi qarşısında mitinq keçirilsə, dərhal aşağıdakı cavab tədbirləri görüləcək: "Tehranda aksiya keçiriləcək, aksiyaçılar Azərbaycan səfirliyini daşa basacaqlar. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisindən İrana daxil olan yük maşınlarının sürücüləri öldürüləcək, nəqliyyat vasitələri isə yandırılacaq”.
Qeyd edək ki, son zamanlar İranın Azərbaycana qarşı təhdidləri artıb. Bu yaxınlarda Azərbaycanın işğaldan azad edilmiş bütün sərhəd ərazisində İran hərbi təlimlər adı ilə əzələ nümayiş etdirdi. Eyni zamanda, müxtəlif İran rəsmiləri tərəfindən ölkəmiz əleyhinə çıxışlar vüsət alıb. Bu ölkə son addımları ilə Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsində maraqlı olmadığını ortaya qoyur. İranın təhdidlərinə etiraz olaraq bir qrup Azərbaycan vətəndaşı sərbəst toplaşmaq azadlığından istifadə edərək, noyabrın 15-də bu ölkənin Bakıdakı səfirliyi önündə dinc aksiya keçirməyi planlaşdırıb. Bu addıma sivil cavab vermək əvəzinə, İran özünün qondarma şərhçiləri vasitəsilə yenidən hədələrə əl atır.
Bəs, İranın təhdidi nə qədər realdır?
Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan Qaynarinfo-ya açıqlamasında bildirib ki, İrandan olan belə şərhçilər həmin açıqlamaları ilə terrorçu kimi çıxış edirlər. Bu sayaq təxribat xarakterli çağırışlarla İran hakimiyyətinin həqiqətən də terrorçuluğu himayə etdiyini təsdiqləyir:

"Bu şəkildə qonşu dövlətin diplomatik missiyası əleyhinə çağırışlar etmək birmənalı şəkildə cinayətdir. Həmin şərhçinin çıxışında Azərbaycanın Tehrandakı diplomatik missiyasını hədələmək və Naxçıvandan İrana yük daşıyan sürücülərin qətlə yetirilməsi, onlara qarşı cinayət törətmək çağırşlarına rast gəlinir”.
Ekspert Tehranın bu sayaq təhdidlərə gedə biləcəyini istisna edir:
"İran normal dövlət olsaydı, həmin şərhçini iğtişaş yaratmaq və cəmiyyəti qətlə sövq etməkdə ittiham edib, cinayət məsuliyyətinə cəlb edə bilərdi. Çünki Naxçıvandan İrana yük maşınları Tehranla Azərbaycan arasında imzalanan müqavilə əsasında hərəkət edir. Diplomatların İran ərazisindəki fəaliyyəti də Vyana konvensiyası və beynəlxalq hüquqa əsasən tənzimlənir. Onların təhlükəsizliyinə Tehran hakimiyyəti birbaşa cavabdehdir. İran rejimi bunu üzərinə götürə bilməzsə, o halda ona qarşı məhkəmə iddiası qaldırıla və Tehran cəzalandırıla bilər. Odur ki, perspektivdə İran rejiminin ölkəmizə və vətəndaşlarımıza qarşı bu kimi təhdidlərə yol verməsi imkansızdır. Çünki belə bir hadisə baş verəcəksə, onun məsuliyyətini İran hakimiyyəti, həmin ölkənin ali rəhbəri daşıyacaq.
Aksiya keçirmək normal hadisədir, burada qeyri-adilik yoxdur. İran vətəndaşları da Azərbaycanın bu ölkədəki səfirliyi qarşısını toplaşıb dinc şəkildə hansısa məsələyə öz etirazını bildirə bilər. İran tərəfi bilərəkdən bu tip terroru dəstəkləyən ekspertləri vasitəsilə Bakı ilə Tehran arasında münasibətləri gərginləşdirir və məsələni pis istiqamətə doğru inkişaf etdirir”.