SON XƏBƏR

İrandakı son terrorun müəllifi kimdir? (ŞƏRH)

Yanvar 04
12:59 2024
"Kirmandakı olay İran daxilindəki qüvvələrin əməlidir və məqsəd Ankara-Tehran yaxınlaşmasının qarşısını almaqdır". 
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev İranın Kirman əyalətində baş verən terror hadisəsini şərh edərkən deyib.

Politoloqun fikrincə, hadisəni törədənlər bilirdi ki, həmin gün Kirmanda Qasım Süleymaninin qəbri üstünə çoxsaylı insan kütləsi axışacaq. "Ona görə də baş verən hadisə düşünülmüş plandır. Olayda əsas məqsəd Türkiyə-İran yaxınlaşmasının qarşısını almaqdır", deyə Cümşüd Nuriyev bildirib.

Ekspert hesab edir ki, hadisənin ABŞ və yaxud İsrail tərəfindən törədildiyi inandırıcı görünmür:

"Məlumata görə, Xamenei ABŞ-la bağlı hər hansı bir addımın atılmaması müraciətini edib. Bu da o anlama gəlir ki, hadisədə Birləşmiş Ştatların əli yoxdur. İşin içində ABŞ yoxdursa, deməli İsrailin də əli yoxdur. İRNA Agentliyinin bir neçə gün əvvəl yaydığı məlumatda bir çox İsrail agentlərinin həbs edildiyi söylənilirdi. Bu da onu göstərir ki, kənardan gəlib, kiminsə orada ardıcıl olaraq iki dəfə terror hadisəsi törətməsi mümkünsüzdür. Deməli, hadisə İran daxilindəki qüvvələrin əməlidir".

Həmsöhbətimiz deyib ki, olayın Fələstindəki gərginliyə hər hansı bir təsiri olmayacaq:

"Baş vermiş hadisə Yaxın Şərqdəki gərginliyin artması, prosesə yeni qüvvələrin cəlb edilməsinə rəvac verməyəcək. Əksinə, olay İran daxilində gərginliyi artıracaq".

Qeyd edək ki, yanvarın 3-də İranın İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) generalı Qasim Süleymaninin Kirman vilayətində dəfn olunduğu qəbiristanlığa gedən yolda iki ayrı-ayrı məkanda partlayış törədilib. Nəticədə 188 nəfər ölüb, yüzlərlə insan isə yaralanıb. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook