İranda qətllər dayandırılıb - TRAMP
Yanvar 15
07:09
2026
ABŞ Prezidenti Donald Tramp İranda qətllərin dayandırıldığını bəyan edib.
"Report" xəbər verir ki, Amerika lideri bunu Ağ Evdə sənədlərin imzalanma mərasimində deyib.
"Bizə məlumat verilib ki, İranda qətllər dayandırılır – onlar artıq dayanıb", - deyə o bildirib.
Bundan əvvəl "Reuters" agentliyi mənbələrə istinadən xəbər vermişdi ki, regionda gərginliyin artması fonunda ABŞ növbəti sutka ərzində İrana zərbələr endirə bilər.
Qeyd edək ki, İranda dekabrın 28-də milli valyutanın qəfil kəskin dəyər itirməsindən sonra etirazlar başlayıb və o vaxtdan bəri ölkənin ən azı 46 şəhərini bürüyüb. Mövcud məlumatlara görə, uşaqlar da daxil olmaqla, yüzlərlə insan həlak olub, çox sayda insan yaralanıb.



