SON XƏBƏR

İranda qətlə yetirilən generallar - Adlar açıqlandı

İyun 13
13:14 2025
İsrailin bu səhər həyta keçirdiyi hava hücumu zamanı İran hərbi rəhbərliyinin bir neçə mühüm siması öldürülüb.

Bu barədə İranın "Mehr” Agentliyi məlumat yayıb.

Məlumata görə, İsrail ali hərbçilərin yaşadığı binaları bombalayıb. Nəticədə aşağıdakı generallar qətlə yetirilib:

- Baş Qərargah rəisi Məhəmməd Baqiri;

- SEPAH komandiri Hüseyn Salami;

- SEPAH Aerokosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə;

- İranın Atom Enerjisi Təşkilatının rəhbəri Fereydun Abbasi;

- İran Baş Qərargahının "Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının komandanı general-mayor Qulam Əli Rəşid;

- Nüvə fiziki - İranın nüvə layihəsinin liderlərindən biri Məhəmməd Mehdi Tehranci.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook