SON XƏBƏR

İranda prezident seçkilərinin tarixi rəsmiləşdi

May 21
17:12 2024
İran Konstitusiyasının Müdafiəsi Şurası iyunun 28-də növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə qərarı təsdiqləyib.

Qaynarinfo xəbər verir ki, bu barədə şuranın rəsmi nümayəndəsi Hadi Tahan Nazif məlumat verib.

O bidlirib ki, Konstitusiyanın Müdafiəsi Şurası iyunun 28-də prezident seçkilərinin keçirilməsinə razılıq verib.

Xatırladaq ki, ötən gün İran Seçki Komissiyasının mətbuat katibi Mohsen Eslami bildirib ki, seçkilər iyunun 28-də keçiriləcək, namizədlərin qeydiyyatı isə mayın 28-də başlayacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook