İranda öldürülən etirazçıların sayı 400-ü ötüb
Noyabr 19
06:50
2022
İranda etirazlarda 402 nəfər həlak olub.
"Report” xəbər verir ki, bu barədə Norveç mərkəzli İran İnsan Haqları təşkilatı teleqramda məlumat yayıb.
Bildirilib ki, ölənlərin 58-i yaşı 18-dən az olan şəxslərdir.
Qeyd olunub ki, 26 şəhrivər (17 sentyabr) tarixindən aparılan hesablamaya görə, 16 813 nəfər həbs olunub. Onlardan 2 756 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Eyni zamanda, həbs olunan 524 nəfər tələbədir. Nümayişlərə 140 universitetin öyrənciləri qoşulub.



