İranda koronavirusdan ölənlərin sayı 2898-ə çatıb
Mart 31
14:12
2020
İranda koronavirusdan ölənlərin sayı 2898-ə çatıb.
APA-nın xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyindən bildirilib.
Məlumatda deyilir ki, son sutka ərzində koronavirusa yoluxmuş 141 nəfər vəfat edib, 3111 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə ümumilikdə virusa yoluxanların sayı 44606-ya çatıb, bu günədək 14656 nəfər sağalıb.