İranda İsrailə casusluqda ittiham olunan şəxs edam edilib

Aprel 30
13:39
2025
İranda İsrailin kəşfiyyat xidməti "Mossad”la əlaqədə və casusluqda ittiham olunan şəxs edam edilib.
O, həmçinin İsrailin İranda həyata keçirdiyi bir sıra əməliyyatlarda, o cümlədən iranlı alimin qətlində iştirakda ittiham olunub.
APA xəbər verir ki, bu barədə İranın Məhkəmə və Ədliyyə Sistemi məlumat yayıb.
Məlumatda Möhsün Lanqarneşin İsrail kəşfiyyatı ilə sıx əlaqədə olduğu, "Mossad”ın yüksək rütbəli əməliyyatçısı kimi fəaliyyət göstərdiyi qeyd edilib.