İranda internet məhdudiyyətləri aradan qaldırılır – SEPAH-dan açıqlama

İyun 25
17:38
2025
İran hakimiyyəti İsraillə baş vermiş 12 günlük müharibə zamanı tətbiq olunan internet məhdudiyyətlərinin mərhələli şəkildə ləğv ediləcəyini bəyan edib. Bu barədə məlumatı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kibertəhlükəsizlik bölməsi yayıb.
SEPAH-ın kiberbölməsinin iddiasına görə, müharibə zamanı İsrail İranın rəqəmsal xidmətlərini iflic etmək və şəbəkə infrastrukturu üzərindən məlumat toplayaraq təcavüzü gücləndirmək məqsədilə "genişmiqyaslı kibermüharibə”yə başlayıb.