İranda hökumət əleyhinə etirazların ikinci dalğası başladı
Yanvar 13
11:15
2020
İran hökumətinin, Ukraynanın "Boeing 737” sərnişin təyyarəsinin səhvən vurulmasını etiraf etməsindən sonra başlayan etiraz aksiyaları davam edir.
BBC xəbər verir ki, nümayişçilər artıq aksiyaların yeni dalğasına start veriblər. Bu dəfə etirazlara Tehran universitetlərində, eləcə də digər şəhərlərdə başlanılıb.
Tehranın Azadi meydanında və digər ərazilərdə nümayişçilərə qarşı mübarizə aparmaq məqsədilə polis dəstələri yerləşdirilib.
Mitinq iştirakçıları Tehranda Şahid-Beheşti Universitetinin girişində ABŞ və İsrail bayraqlarının təsvirini tapdamaq istəməyərək yan keçiblər. Onlar eyni zamanda hökumət əleyhinə "Bizi aldadırlar, düşmənimiz Amerika deyil, düşmənimiz buradadır” şüarını səsləndiriblər.
Meydanda aksiyaçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma olduğu da deyilir. Polis gözyaşardıcı qazdan istifadə edib.
Aksiyaları işıqlandıran mətbu orqanlar reportajlarına "Biabırçılıq”, "Bağışlamaycağıq” sərlövhələrini seçiblər.
Bəzi kütləvi informasiya vasitələri isə hökuməti səhvini boynuna aldığı üçün təqdir ediblər.