SON XƏBƏR

İranda gözəllik salonlarında kiprik və dırnaq qaynağı qadağan edilir

Sentyabr 04
10:03 2023
İranın Əmək Nazirliyinin tabeliyində olan Texniki və Peşəkar İş Təşkilatı qadın gözəllik salonlarının bəzilərinin fəaliyyətini məhdudlaşdırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Bundan əvvəl dırnaq və kirpik sahəsində fəaliyyət üçün təhsil standartları peşə sertifikatı adı ilə ölkənin texniki və peşə təşkilatının portalına yüklənirdi və buna uyğun olaraq kursun müəyyənləşdirilməsi, təhsil haqqının ödənilməsi üçün pulsuz məktəblərdən istifadə olunurdu, indi isə bu standartlar əyalətlərə əvvəlcədən xəbərdarlıq edilmədən ölkənin texniki və peşə təşkilatı portalından bir anda silinib.

İranda qadın gözəllik salonlarının fəaliyyətinə məhdudiyyətlərin tətbiqi presedent olsa da, indi bu qadağaların tətbiqi parlament və hökumət tərəfindən də tətbiq edilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook