SON XƏBƏR

İranda casusluqda ittiham olunan bir neçə şəxs saxlanıldı

Fevral 11
14:23 2018
Tehranda bir neçə nəfər casusluqda ittiham olunaraq həbs edilib.

APA-nın məlumatına görə, bunu Tehran prokuroru Abbas Cəfəri Dövlətabadi bu gün jurnalistlərə açıqlamasında deyib. İttihama görə, həbs olunan şəxslər elmi və ekoloji birgə layihə çərçivəsində ölkənin strateji sahələri haqqında məlumatlar toplayırmış.

Həbs olunan şəxslər hazırda Tehran prokurorluğuna təhvil verilib. Onların cinayət işi üzrə istintaq aparılır.

Prokuror saxlanılanların kimliyi və sayı ilə bağlı məlumat verməyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook