İranda ABŞ casusu tutuldu
Noyabr 04
11:07
2015
ABŞ vətəndaşı İranda ölkəsi üçün casusluq etdiyinə görə həbs olunub.
Publika.az İran mediasına istinadən xəbər verir ki, Livanda çalışan informasiya texnologiyaları mütəxəssisi Nezar Zaka ABŞ-ın hərbi və kəşfiyyat təşkilatları ilə əlaqələrdə ittiham olunur.
İRİB telekanalı Nezar Zakanın ABŞ-ın hərbi bazalardan birində çəkildiyi iddia edilən fotoşəkilləri paylaşıb.
L
ivan mediası isə daha əvvəl yazmışdı ki, Tehranda bir konfransa qatılan Zaka sentyabrın 18-dən sonra yoxa çıxıb. Zaka casusluq ittihamı ilə İranda həbs olunan 5-ci ABŞ vətəndaşıdır.



