İrançılıq Batıdan başlayıb
Sentyabr 08
17:31
2016
Soylu ATALI
Ayrı-ayrı çağlarda İranın Amerikanı,
İngiltərəni yamanlaması nəyə dayanır? Məgər İranı İran eləyən, orada türk dövlətçiliyinə son qoyan Amerika-İngilis
birliyinin yürütdüyü siyasət deyildimi?! Bəllidir ki, İran İslam İnqilabı
başlayana kimi Xomeyni Avropada idi. O
orada hazırlaşdırılıb göndərildi. Əslində son iki yüz ilin olayları ciddi araşdırılsa, bəlli
olar, Doğuda baş
verən bütün olayların
hazırlığı Avropada həyata keçirilmişdir. Batı Avropanın İranda İslamı hakimiyyətə gətirməsinin özəl
səbəbləri var idi. Belə ki, SSRİ qurulduğu gündən öz etkisini Batıya doğru
genişləndirməkdə davam edirdi. O çağlarda iqtisadi gəlişməsinin bir xəttini İran nefti üzərində
formalaşdıran ingilislər üçün
artıq İranda şah rejimi gərəyini azaldırdı. SSRİ-nin ateizm ideologiyasına qarşı təkcə dirəniş
göstərəcək ideologiya islamçılıq ola bilərdi. Batı İranda SSRİ-yə uduzmamaq üçün
İran İslam İnqilabını həyata keçirdi. Əslində Əfqanıstanda gedən proseslər də
eyni xarakterdə idi. Yəni proseslər Batı ilə SSRİ-nin mövqelərinin toqquşmasından yaranan
qığılcımla alovlanırdı. Ərəb ölkələrində İslam təmayüllü diktatorların
oturuşmasının arxasında da Batı
dayanırdı. Nə qədər ki, SSRİ kimi güclü düşmən vardı, Batı islam diktaturalarının yaranıb inkişaf eləməsini təmin edirdi. Çünkü SSRİ ərəb ölkələrinə
də sosialist devrimləri
ilə girə bilərdi.
Elə ki, Batının
ideoloji dağıdıcılığı SSRİ-nin öz içinə də yeridi, bundan sonra Batı ideoloji düşmənsiz (rəqibsiz) qaldı. Ona görə də
artıq Batıya,
daha çox özlərinə
yarayan, islam
diktatorları gərək
olmadı. İndi Batıya
idarə olunan, ələbaxan "demokratik” ərəb dövlətləri gərəkdir.
"Demokratk” devrimləri öz
diktaturası üçün həyata keçirir Batı. Bu devrimlərin
məqsədi bölgələrdə Rusiyanın, Türkiyənin, Çinin etkilərini heçə endirməkdir. Doğuya yürüş edən "demokratiya” – pulçuluğun
yaşamasını təmin edən Batı
ideolojisidir. "Demokratik
devrim” dünyanı tam Batılaşdırmaq
(əslində eyniləşdirmək, öldürmək) üçün meydana gətirilib. Bir azdan "İslam İranı” da Batıya gərək olmayacaq. Çünkü Molla Hakimiyyəti
özünü güclü və bağımsız
hesab eləsə
gəlirini, faydasını tam
olaraq Batı ilə paylaşmaq istəməz. Batının
arada onu təhdid eləməsini (içəridə özünü gizləmək üçün) ədalətsizlik və özbaşınalıq kimi
qiymətləndirir. Ancaq İranın öz içinə yönəlik davranışı daha böyük ədalətsizlik
olduğuna görə Batının özünəyarar
mövqeyi İranın içində əzab çəkənlər üçün ədalətsizlik kimi deyil, ədalət kimi
görünür.
İranın qorxusunu öz
amansızlığı yaradıb. O bilir ki, içində əzdiyi toplum ilə çölündəki
"iştahlılar” birləşə bilərlər. İran öz içini şəriət qanunları ilə yönətir, dış dünya ilə (beynəlxalq
aləmlə) isə
siyasi qanunlarla münasibət qurur. Şəriət qanunları içəridə toplumun özgürlüyünü elə səviyyədə
məhdudlaşdırır, bu toplum Batının
özünəyarar gəlişinə qurtuluş
kimi baxır. "Hər nə olsa yenilik olacaq, indikindən yaxşı olacaq” məntiqi ilə düşünür İranda əzilən
toplum.
Ümumiyyətlə, İran dövlətinin özülü
dış güclərin istəklərinə uyğun qurulub. Ona görə də onun struktur
dəyişikliklərini daim dış güclər "yeni”ləyəcəklər. İranda
Batı İranın deyil,
özünün qurduğunu dəyişmək məsələsinə baxır hər zaman...
Atamız
var olsun!
Qlobal.az



