"İran Zəngəzur dəhlizinin açılmasına mane olmur" - Seyid Abbas Musəvi
Avqust 29
13:56
2022
"Azərbaycan Prezidenti İlham Əliyevin təklif etdiyi 3+3 regional formatı region ölkələri üçün təşəbbüsləri əlaqəli şəkildə həyata keçirmək və addımları razılaşdırmaq baxımından əla imkandır”.
"Report” xəbər verir ki, bunu Şuşada İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bildirib.
"Bu, çox uğurlu təşəbbüsdür. Növbəti görüşün ilin sonunadək İranda keçiriləcəyini gözləyirik”, - səfir deyib.
"Biz dəmiryolu xəttinin tikintisi, əsasən də Qarabağda istehsal olunacaq elektrik enerjisinin ötürülməsi kommunikasiyalarının yaradılması haqqında razılığa gəlmişik.
Bundan başqa, Araz çayı üzərində iki körpünün tikintisi nəzərdə tutulub”, - səfir eyib.
"Əslində, artıq 30 ilə yaxındır ki, Naxçıvan ilə gediş-gəlişi təmin edən dəhliz mövcuddur. Azərbaycan əhalisi və ölkədən göndərilən yüklər İran ərazisindən keçməklə Naxçıvana çatır. Bu, uzun illər belə olub və belə də davam edir”, - səfir deyib.



