SON XƏBƏR

İran öz uran ehtiyatı ilə 4 atom bombası yaradıla bilər - Hesabat

Avqust 30
01:14 2024
İran öz uran ehtiyatlarını artırmağa davam edir və bu, nəzəri cəhətdən nüvə silahı yaratmaq üçün kifayət edə bilər.

"Report" xəbər verir ki, bu barədə "Reuters" Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rüblük hesabatına istinadən məlumat yayıb.

Məlumata görə, sözügedən ehtiyatlarla 4 atom bombası yaradıla bilər.

Təşkilat həmçinin qeyd edib ki, İran bəzi ərazilərdə uran izlərinin mənşəyini heç vaxt izah etməyib.

Bundan əvvəl BAEA-nın rəhbəri Rafael Qrossi Tehranın agentlikdən bir neçə müfəttişini geri çağırmaq qərarından təəssüfləndiyini bildirib. Qrossi qeyd edib ki, o, İrana səfər etmək və ölkə hakimiyyəti ilə dialoq qurmaq niyyətindədir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook