İran “Washington Post”un jurnalistinə həbs kəsdi
Noyabr 06
17:36
2015
İran hökuməti nüfuzlu "Washington Post” qəzetinin jurnalisti Ceyson Rezaianini bir neçə illiyə həbsə məhkum edib.
Qlobalinfo.az xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə İranın ədliyyə naziri Mustafa Purməhəmmədi bildirib.
Lakin o, heç bir əlavə təfərrüatdan danışmayıb və hökmün nədən ibarət olduğunu dəqiqləşdirməyib.
Bu ilin fevralında iranlı diplomat qəzetin əməkdaşını casuzluqda ittiham eləmişdi. 2014-cü ilin iyulunda "Washington Post”un Tehrandakı xüsusi müxbiri xanımı ilə birgə heç bir izahat verilmədən saxlanmışdı.
Ona qarşı bir neçə ay ittiham irəli sürülməmişdi. Artıq 2015-ci ilin oktyabrında jurnalistə casusluq ittihamı irəli sürülüb.



