SON XƏBƏR

İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sazişi 47 maddədən ibarətdir

Yanvar 13
11:02 2025
"İranla Rusiya arasında hərtərəfli strateji əməkdaşlıq haqqında 47 bənddən ibarət sənəd ikitərəfli münasibətlərin bütün sahələrini əhatə edir”.

APA-nın RİA "Novosti”yə istinadən xəbərinə görə, bunu İranın Rusiyadakı səfiri Kazım Cəlali deyib.

O deyib ki, razılaşmanın imzalanması ilə ölkələrarası münasibətlərin səviyyəsi əhəmiyyətli dərəcədə yüksələcək.

Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkianın yanvarın 17-də Rusiyaya reallaşacaq səfəri zamanı ölkələr arasında 2001-ci ildən qüvvədə olan müqaviləni əvəz edəcək hərtərəfli strateji əməkdaşlıq sazişi imzalanacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook