SON XƏBƏR

İran Türkiyədən oğurladığı şəxsə edam hökmü verdi

Mart 13
11:26 2023
İsveç hökuməti İran Ali Məhkəməsinin İsveş-İran vətəndaşı Həbib Əsyud barədə edam hökmünə etiraz edib.

Axar.az xəbər verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyi açıqlama yayıb.

İsveçin xarici işlər naziri Tobias Billström İran məhkəməsinin qərarına etiraz edib və edam hökmünü pisləyib.

Nazir məhkəmədə İsveç səfirliyinin nümayəndələrinin iştirakına icazə verilmədiyini deyib və Tehran rejimindən bu qərarı barədə hesabat tələb etdiklərini vurğulayıb.

Həbib Əsyud 2020-ci ilin noyabr ayında Türkiyəyə səfəri zamanı İran təhlükəsizlik məmurları tərəfindən oğurlanaraq İrana aparılıb və terror əməliyyatlarını planlaşdırmaqda günahlandırıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook