SON XƏBƏR

İran Rusiyaya göndərdiyi dronları daha ölümcül edir

Fevral 11
12:52 2023
"İran böyük bir ehtimalla Rusiyaya göndərdiyi dronları modifikasiya edir”.

"AzPolitika.info” "Azadlıq” radiosuna istinadla xəbər verir ki, bu Britaniyanın münaqişə silahlarını araşdıran Conflict Armament Research (CAR) analitik şirkətinin hesabatında deyilir. Qeyd olunur ki, məqsəd dronların Ukraynanın infrastruktur obyektlərinə daha dağıdıcı zərbələr endirməsini təmin etməkdir.

CAR ekspertləri deyirlər ki, İranın Şahed 131 dronunun ötən ilin oktyabrında Odessa yaxınlığında tapılmış qırıntılarından onun zərbə hissəsinin tələm-tələsik modifikasiya edildiyi məlum olub. "Modifikasiya” zamanı dronun döyüş başlığına çoxsaylı əlavə metal qırıntıları doldurublar ki, zərbə daha ölümcül olsun.

Ekspertlər bunu da müəyyən ediblər ki, "Şahed-131” dronlarının döyüş başlığına 18 kiçik partladıcı əlavə edilib. Görünür, bundan məqsəd partlayışın gücünü artırmaq, dronun zirehi yara bilməsini təmin etməkdir.

CNN xəbər verir ki, bütün bu elementlər "Şahed” dronlarının elektrik stansiyalarını, elektrik xətlərini və transformatorları dağıtmaq qabiliyyətini artırır, dağıdılmış obyektlərin bərpa və təmirini çətinləşdirir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook