İran qaynayır: "Təbriz bazarı da bağlansa..."
İyun 30
10:35
2018
Son günlərdə İranda baş verən proseslər dərinləşməkdədir. Bu proseslər fonunda İrandakı mövcud rejimə qarşı qüvvələrin də fəallaşması müşahidə olunub. Xüsusilə İranda şah tərəfdarlarının təbliğatı genişlənməkdədir.
Məsələ ilə bağlı Dünya Azərbaycanlıları Konqresinin keçmiş sədri Cavad Derəxtinin axar.az-a müsahibəsini təqdim edirik:
- İrandakı hadisələrin sonunu necə görürsünüz?
- Proseslər necə davam edəcək?
- İranda hər hansı bir hadisə baş versə, güneylilər öz hüquqlarını əldə edə biləcəkmi? Onlar buna hazırdırlarmı?
- Son zamanlar şah tərəfdarları şahlıq sistemini geniş şəkildə təbliğ etməyə başlayıb. İranda Pəhləvilərin yenidən hakimiyyətə gəlməsi mümkündürmü?
- Xüsusilə şah tərəfdarlarının İrandakı soydaşlarımıza müraciət etdiyi bildirilir. Pəhləvilər hakimiyyətə gəlsə, güneylilərin aqibəti necə olacaq?
Məsələ ilə bağlı Dünya Azərbaycanlıları Konqresinin keçmiş sədri Cavad Derəxtinin axar.az-a müsahibəsini təqdim edirik:
- İrandakı hadisələrin sonunu necə görürsünüz?
- İranda baş verən proseslər dekabr ayındakı hadisələrin davamıdır. Bu dəfə Tehran bazarı da proseslərə qoşulub. Bunu da qeyd edim ki, Tehran bazarını təşkil edənlərin yarısından çoxu güneylidir. İranda baş verən hadisələr davam etsə, bu, Təbriz bazarına da təsir edəcək. Təbriz bazarı bağlanarsa, İran hakimiyyətinin sonu gələcəkdir. Bunu deməliyəm ki, Təbriz ayağa qalxmayana qədər İranda heç bir şey olmayacaq.
- Proseslər necə davam edəcək?
- Əgər belə davam edərsə və başqa şəhərlər də bu hadisələrə qoşularsa, İranda inqilab qaçılmaz olacaq.
- İranda hər hansı bir hadisə baş versə, güneylilər öz hüquqlarını əldə edə biləcəkmi? Onlar buna hazırdırlarmı?
- Təəssüf ki, hələ Cənubi Azərbaycan tam olaraq bu hadisələrə qoşulmur. Ancaq sabah nə baş verəcəyini indidən proqnozlaşdırmaq olmaz.
- Son zamanlar şah tərəfdarları şahlıq sistemini geniş şəkildə təbliğ etməyə başlayıb. İranda Pəhləvilərin yenidən hakimiyyətə gəlməsi mümkündürmü?
- İranda hər şey ola bilər, çünki inqilab edən keçmiş təşkilatların heç biri arasında birlik yoxdur. Birlik içərisində olanlar belə bu gün bir-birilərini qəbul etmirlər. Bu dəfə meydana şahlıq rejimindən qalanlar, yəni Rza Pəhləvi atılıb. Onun İranda tərəfdarlarının olması şübhəsizdir. Amma proseslər bu şəkildə davam edərsə, İranda əvvəlki inqilabların nəticələri təkrarlanacaq. Yəni yenə biz azərbaycanlılar zərbə alacağıq.
- Xüsusilə şah tərəfdarlarının İrandakı soydaşlarımıza müraciət etdiyi bildirilir. Pəhləvilər hakimiyyətə gəlsə, güneylilərin aqibəti necə olacaq?
- Məncə, Pəhləvilərin hakimiyyətə gəlmə ehtimalı çox azdır. Ona görə də buna heç inanmaq da istəmirəm. Biz güneylilər gec olmadan İranın gələcəyində söz sahibi olmağa çalışmalıyıq. Bunun üçün isə birləşməliyik. Belə olan halda gələcəyimizi də təyin edə biləcəyik.