SON XƏBƏR

​İran prezidentinin müavini: "Gündəlik neft ixracatını 1,5 milyon barelə çatdıracağıq"

Fevral 13
19:02 2016
İran bu ilin mart ayında sutkada 1,5 milyon barel neft ixrac edəcək.
 
"Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu İran prezidentinin müavini İshaq Cahangiri bildirib. "Hazırda biz gündə 1,3 milyon barel neft ixrac edirik. Ancaq martda bu rəqəm 1,5 milyon barel olacaq", - o, vurğulayıb.
 
İshaq Cahangiri onu da qeyd edib ki, cari ilin martından sonra gündəlik karbohidrogen ixracatını 2 milyon barelə çatdıracaqlar.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook