SON XƏBƏR

İran parlamentində ABŞ bayrağı və nüvə sazişi yandırıldı

May 09
11:43 2018
ABŞ prezidenti Donald Trampın nüvə sazişindən imtina barədə qərarından sonra iranlı millət vəkilləri hadisəni protest ediblər.

Qaynarinfo xəbər verir ki, İran millət vəkilləri səhər saatlarında baş tutan iclasda "ABŞ-a ölüm" şüarları səsləndirərək ABŞ bayrağı və nüvə razılaşmasının mətnini yandırıblar.

İran Məclisinin sədri Əli Laricani Trampın qərarına münasibət bildirib:
 
"ABŞ-ın razılaşmadan imtinası Trampın problemi həll etmək üçün kifayət qədər əqli potensiala sahib olmadığını göstərir. Tramp sadəcə zorakılıq dilini başa düşür. Qərar beynəlxalq sülh və təhlükəsizliyə təhdiddir və sadəcə diplomatik nümayişdən ibarətdir. İran Atom Enerjisi Təşkilatı fəaliyyətə yenidən başlamağa hazır olmalıdır".





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook