SON XƏBƏR

İran Netanyahunu öldürəcək? - Parlamentdə İsrail baş naziri təhdid olundu

Avqust 05
14:18 2024
İran HƏMAS lideri İsmayıl Haniyənin Tehranda qətlinə cavab zərbəsi hazırlayarkən, İsrail rəhbərliyinə ünvanlanan təhdidlər də artır.

"AzPolitika” xəbər verir ki, İran parlamentinin üzvü Məhəmməd Qasim Osmani Haniyənin Tehranda öldürülməsinə cavab olaraq İsrailin Baş naziri Binyamin Netanyahunu ölümlə hədələyib: "Ümid edirəm ki, İsmayıl Haniyə üçün qan davası kimi daha bir əməliyyat (13 apreldə İran raketləri və PUA-larının İsrail ərazisinə kütləvi hücumu nəzərdə tutulur-red.) həyata keçiriləcək. Biz Netanyahunun ölümündən başqa heç nə ilə razılaşmırıq”. 

IRIB telekanalı Osmaninin parlament iclasındakı çıxışından bir fraqmenti yayımlayıb. Osmaninin sözlərinə görə, İsrail "o qədər lovğalaşıb” ki, artıq "Tehranda qonağın qanını tökür”. O, əmin edib ki, İran Haniyənin ölümünün qisasını almaq üçün lazım olan doğru anı seçəcək.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook