İran nefti Avropaya çatdı
Mart 08
09:21
2016
İran üzərindən sanksiyalar götürüləndən sonra bu ölkədən Avropaya neft daşıyan ilk tanker İspaniyaya çatıb.
Bloomberg xəbər verir ki, bu, Tehranın sanksiyalardan azad olunmasından sonra Avropaya gətirilən ilk İran neftidir.
Gəminin göyərtəsində 1 milyon barel xammal var. Neftlə dolu tanker İspaniyanın Alhesiras limanında CEPSA şirkətinin zavodunda boşaldılır.
İrandan Avropaya tanker 17 gün ərzində çatıb, siyasi sanksiyaların ləğvinə gedən yol isə düz 4 il çəkib.
Qlobal.az



