İran MN: “İsfahan şəhərinə dron hücumu olub”

Yanvar 29
08:25
2023
Yanvarın 28-də yerli vaxtla saat 23:30-da İranın İsfahan şəhərində Müdafiə Nazirliyinə məxsus zavoda dron hücumu olub.
"Report” xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə Nazirliyinin iddiasına görə, dronlardan biri hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib, digəri isə HHM-in "tələsinə” düşərək partlayıb.