İran KİV-ləri hakimiyyətin istefasini tələb edirlər - Təyyarə qəzasından sonra
Yanvar 13
14:07
2020
İranın aparıcı KİV-i hakimiyyətin və hərbiqüvvələrin Ukrayna təyyarəsinin vurulmasına gətirib çıxaran səhvini bağışlanmaz hesab edirlər.
"İsraelinfo” portalının xəbər verdiyi kimi, ölkəni bürümüş nümayişlər fonunda jurnalistlər başda prezident Həsən Ruhani və dini lider Əli Xamenei olmaqla, hökumətin istefasına çağırış ediblər.
Bir çox qəzetlərin baş məqaləsində «üzr istəyin və istefaya gedin» məzmunlu çağırışlar yer alıb. KİV-lər həm də ondan narazıdırlar ki, qəzanın gerçək səbəblərinin araşdırılması bunca uzun müddət vaxt aparıb.
«Təyyarənin məhv edilməsinin səbəbləri barədə materialların dərcinin yubadılmasına və ictimaiyyətin inamına vurulmuş zərərin səbəbkarı istefa verməli və ya vəzifəsindən azad edlməlidir» - deyə, «İslam respublikası» qəzeti yazıb.