SON XƏBƏR

İran İsrailə yeni raket zərbələri endirdi – SEPAH “genişmiqyaslı cavab əməliyyatı” elan etdi

Fevral 28
13:36 2026
Yaxın Şərqdə hərbi eskalasiya davam edir. İranın Tasnim News Agency agentliyinin məlumatına görə, Tehran İsrail istiqamətində növbəti raket dalğasını buraxıb.

Eyni zamanda İran İnqilab Keşikçiləri Korpusu –SEPAH İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatının başladığını elan edib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə İsrail Hərbi Dəniz Qüvvələrinə məxsus sualtı qayığın Hayfa limanından yüksək sürətlə çıxdığı əks olunur. İsrail tərəfi məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Yüksək vəzifəli iranlı rəsmi "Al Jazeera” telekanalına müsahibəsində İsrailə sərt xəbərdarlıq edib.

"Biz İsrailə açıq şəkildə deyirik: gələnlərə hazır olun. Cavabımız açıq olacaq və heç bir qırmızı xətt olmayacaq. Bütün variantlar masadadır, o cümlədən əvvəllər nəzərdən keçirilməyən ssenarilər”, – deyə iranlı rəsmi bildirib.

Beləliklə, tərəflər arasında qarşılıqlı zərbələr yeni mərhələyə qədəm qoyur. SEPAH-ın "genişmiqyaslı əməliyyat” bəyanatı və Tehranın "qırmızı xətlərin olmayacağı” barədə xəbərdarlığı regionda daha geniş hərbi toqquşma riskini artırır.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook