SON XƏBƏR

İran İsraildən qisas almaq niyyətindən dönməyib - “Wall Street Journal”

Avqust 05
03:54 2024
İran HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə münasibətini yumşaltmaqdan imtina edib və İsraildən qisas almaq niyyətindədir.

APA xəbər verir ki, bu haqda məlumatı "Wall Street Journal” öz mənbələrə istinadən yayıb.

Qəzetin mənbələri bildiriblər ki, ABŞ, öz müttəfiqlərindən vəziyyəti gərginləşdirməmək üçün İrana xəbər göndərməyi xahiş edib.

ABŞ rəsmiləri düşünürlər ki, İranın bu məsələdə təmkin nümayiş etdirəcəyi təqdirdə yeni prezidentin Qərb ölkələri ilə əlaqələri yaxşılaşdırmaq səyləri daha çox şans qazanacaq.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook