SON XƏBƏR

İran İraqa raket zərbəsi endirib

Noyabr 21
10:09 2022
İranın silahlı qüvvələri İraq Kürdüstanına raket zərbəsi endirib.

Yeniavaz.com xəbər verir ki, bu barədə İraqın INA agentliyi məlumat yayıb.

Bildirilib ki, hücumun hədəfi İranda hökumət əleyhinə etirazlara dəstək verən kürd partiyalarının Ərbil və Süleymaniyyə əyalətlərində yerləşən qərargahları olub.

"Shafaq News” portalının məlumatına görə , İran hərbçiləri Bahirka şəhərindəki qaçqın düşərgəsini də atəşə tutub. Bir neçə nəfər atışmanın qurbanı olub.

ABŞ-ın Ərbildəki konsulluğunda hava hücumu sirenlərinin səsləndiyi bildirilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook