İran əsir alınmış ABŞ əsgərlərinə heykəl ucaldacaq
Mart 22
10:39
2016
İran yanvarda Bəsrə körfəzində sərhədi keçdikləri üçün saxlanılan və texniki səhv olduğu sübut olunduqdan sonra sərbəst buraxılan 10 ABŞ əsgərinin heykəlini qoyacaq.
Musavat.com xarici KİV-lərə istinadən xəbər verirr ki, ABŞ əsgərlərinin diz çöküb, ağladıqları vəziyyətləri heykəllərə həkk olunacaq.
Məlumata görə, İran İnqilab Gözətçilərinin komandiri olan Əli Fədavi deyib: "Mətbuatda ABŞ əsgərlərinin tutulması ilə bağlı çox sayda şəkil var. Biz də bu şəkillərdən birindən istifadə edərək, bir simvol inşa etmək istəyirik”.
Fədavi inşa ediləcək heykəlin turizm mərkəzi olaraq istifadə olunacağını qeyd edib.
Qlobal.az



