SON XƏBƏR

İran cəsus əməliyyatlarına başladı –Xarici kəşfiyyata çalışan 17 nəfər həbs edilib

İyul 22
12:03 2019
İranda xarici kəşfiyyatla əməkdaşlıq edən 17 nəfər həbs olunub.

İran Təhlükəsizlik Nazirliyinin açıqlamasında bildirilib ki, həbs olunmuş cəsuslar İranın iqtisadi, nüvə, infrastruktur, hərbi və kiber sahələr kimi strateji mərkəzlərdə çalışıblar.

Cəsuslar məlumatları toplayaraq Qərb ölkələrinin kəşfiyyat orqanlarına ötürməkdə ittiham olunurlar.

Məlumatda o da qeyd olunub ki, cəsusların bir neçəsinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) ilə əməkdaşlıq etməsi artıq sübuta yetirilib.

Həbs edilənlərin bir neçəsi haqda məhkəmə qərarı çıxarılıb, onların edam olunacağı ehtimal olunur. /APA



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook