SON XƏBƏR

"İran Cenevrədə ABŞ ilə danışıqlardan sonra ümidverici siqnallar alıb" - Pezeşkian

Fevral 23
07:15 2026
İran və ABŞ Cenevrədə keçirilən danışıqlar zamanı İranın nüvə proqramı ətrafındakı fikir ayrılıqlarının həlli üçün praktiki təklifləri mübadilə ediblər, "ümidverici siqnallar" var.

"Report"un məlumatına görə, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian bəyan edib.

"İran regionda sülhə və sabitliyə sadiqdir. Son danışıqlar praktiki təkliflərin mübadiləsini əhatə etdi və ümidverici siqnallar verdi", – deyə o, "X" sosial şəbəkəsində yazıb.

Eyni zamanda, Pezeşkian vurğulayıb ki, respublika hakimiyyəti ABŞ-nin addımlarını diqqətlə izləməyə davam edir və hər hansı mümkün ssenari üçün lazım olan bütün tədbirləri görüb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook