“İran bu məsələni çox götür-qoy edib” – Xameneinin bəyanatına münasibət
Noyabr 04
15:59
2020
"Başa düşüblər ki, Azərbaycanın əksinə getmək, yaxud da Ermənistanla ciddi əməkdaşlıq İranın özünə, həm də islam dünyasına xeyir gətirməyəcək".
Politoloq hesab edib ki, məhz bu nöqteyi-nəzərdən İran hökumətinin siyasi xəttində ciddi dönüş əmələ gəlib:
"Onlar həm də özlərini siyasi proseslərə, danışıqlara qatmaq məqsədi ilə bu addımları atdılar. Hər halda təqdirəlayiq və ən başlıcası müsəlman dövlətinə yaraşan addımdır".
Qeyd edək ki, İranın Ali lideri Ayətullah Seyid Əli Xamenei Qarabağ münaqişəsi ilə bağlı bəyanat verib. O, Azərbaycanın bu məsələdə beynəlxalq qanunlar baxımından haqlı olduğunu bildirib: "Məlumdur ki, bu ərazilər Azərbaycanındır və Ermənistan tərəfinin zəbt etdiyi ərazilər azad edilməlidir. Azərbaycan Respublikası bu məsələdə haqlıdır. Müharibə tərəfləri beynəlxalq sərhədlərin toxunulmazlığını təmin etməlidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli İranın Ali lideri Ayətullah Seyid Əli Xameneinin Qarabağ münaqişəsində Azərbaycana dəstək bəyanatından danışarkən deyib. Onun sözlərinə görə, İranın Ali liderin bu bəyanatı Azərbaycan-İran münasibətlərinin möhkəmlənməsinə xidmət edəcək:
"Zənnimcə, onlar bu məsələni çox götür-qoy ediblər. Yəqin ki, bu xəttə dönüşdə Xameneinin də rolu böyükdür. Nə qədər olmasa da, Azərbaycan qanı var".