İran Azərbaycanın D-8-ə üzv olmaq üçün müraciətini dəstəkləyib
İyul 28
11:02
2022
İran Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına ("İslam səkkizliyi”) üzv olmaq üçün müraciətini dəstəkləyib.
"D-8-in genişlənməsi və yeni üzvlərin cəlb olunması təşkilatın məqsədlərini reallaşdırması üçün alət ola bilər. Dost və qonşu Azərbaycan Respublikasının D-8-ə qoşulmaq hazırlığını və istəyini alqışlayırıq”, - o deyib.



