İran Azərbaycana qarşı narkomüharibə aparır
May 22
12:45
2021
Bu günlərdə erməni KİV-ləri Azərbaycan-İran münasibətlərinin pisləşməsi baxımından daha bir həyacanlı informasiya yayıblar və bildiriblər ki, İran ordu qüvvələri Azərbaycanla sərhədə cəmləşdirilir.
Erməni mediaresursları rusdilli medianın simonyan seqmenti ilə birlikdə İran qoşunlarının Azərbaycan sərhədinə cəmləşdirilməsini Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri arasında imzalanmış üçtərəfli 10 noyabr razılaşmasının mühüm bəndinin-"Zəngəzur dəhlizi” adlanan nəqliyyat-kommunikasiya xətlərinin açılmasının reallaşdırılması kontekstində dəyərləndirir.

Yerevanda ruhlanıblar-İran ordusu Azərbaycanla sərhədə cəmləşdirilir
Hərçənd Yerevan siyasi ekspertləri Tehranın Ermənistana siyasi və praktiki dəstəyini böyük ruh yüksəkliyi ilə qarşılayıblar, Qriqor Balasanyan kimi ekspertlərin fikrincə, İranın Ermənistanla yaxınlaşması rəsmi Yerevana geosiyasi baxımdan cəsarət verib.
Olduqca maraqlıdır ki, son günlər İranla Azərbaycan sərhədində gərinlik xeyli artıb, iranlı narkokuryerlər bir-birinin ardınca sərhədi pozmağa cəhdlər edir. Bu günlərdə İrandan Azərbaycan ərazisinə narkokuryerlər qismində yaxşı hazırlıq keçmiş və avtomatik silahlarla silahlanmış, xüsusi texnikaları olan diversantların keçməsi, sərhədçilərimizlə atışma və iki sərhədçinin qətlə yetirilməsi diqqəti xüsusi cəlb edir. Həmin narkokuryerlər yaxşı hazırlıq keçmiş olmalıydılar ki, Azərbaycanın Dövlət Sərhəd Xidmətinin iki peşəkar hərbçisini qətlə yetirə bilsinlər və qaçaraq Yardımlı dağlarında gizlənə bilsinlər. Və daha sonra orada xüsusi təyinatlı bölmələrə müqavimət göstərsinlər. Belə görünür ki, söhbət yaxşı planlaşdırılmış xüsusi diversiya əməliyyatından gedir.

Belə görünür ki, heroinin işğal zonası üzərindən manesiz daşınması imkanları əldən çıxandan sonra iranlı narkobaronlar yeni marşrutlar axtarışındadır. Bəlli olduğu kimi, narkotrafik, silah qaçaqmalçılığı və qeyri-leqal qızıl alveri hələ də İranın dəstəklədiyi terrorçu qrupların, ilk növbədə "Hizbullah”ın əsas gəlir mənbələridir. Bu mənbələrdən ildə milyardlarla dollar əldə edilir. "Hizbullah” və İraqdakı "Xətaib Hizbullah” qruplaşmalarının döyüşçüləri tez-tez narkotacirlər qismində çıxış edirlər.

Azərbaycan xüsusi xidmət və hüquq-mühafizə orqanları hələlik iranlı narkokuryerlərin ölkə üzərindən keçməsini və yeni narkotranzit marşrutları açmasının qarşısını ala bilir. Azərbaycan üzərindən Rusiyaya və oradan Avropaya heroin daşınması marşrutu yaratmaq cəhdləri narkoticarəti himayə edən İran hərbiləşdirilmiş qruplarının açıq-aşkar düşmənçilik siyasətindən xəbər verir. Sual olunur-yüzlərlə kiloqram narkotik daşıyan "narkokuryerlər” İranın yaxşı mühafizə olunan və mümkün xarici hərbi müdaxiləyə qarşı hazırlanmış sərhədlərini bu cür tez-tez, heç bir manəyə rast gəlmədən, kefləri istəyən kimi necə keçir?!
Azərbaycana İrandan daxil olan və aşkarlanan narkotiklərə dair statistikaya diqqət yetirin. Mayın 20-də Dövlət Sərhəd Xidməti "Horadiz” sərhəd məntəqəsində narkotik qaçaqmalçılığının qarşısını alıb. Həmin gün gömrükçülər Astarada 224 kiloqram heroin aşkarlayıb. Mayın 5-də DİN Astarada 70 kiloqram heroin aşkarladığını bildirib. Mayın 3-də gömrükçülər İranla sərhəd Biləsuvar gömrük postunda 244 kiloqram heroin aşkarlayıblar. Bundan az əvvəl isə gömrükçülər iranlının yükündə 107 kiloqram "ağ qızıl” tapıblar...
Bu arada İran TIR-larının Ermənistan üzərindən Qarabağa hərəkəti də davam edir. Redaksiyamız Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan ərazilərə İran TIR-larının hansısa şübhəli yüklər daşıdığına dair yeni görüntülər əldə edib. Həmin görüntüləri təqdim edirik:



