SON XƏBƏR

İran-Azərbaycan dəmir yolları birləşir

Fevral 23
16:54 2016
İranla Azərbaycanın dəmir yolları 2016-cı ilin sonuna birləşdiriləcək.
 
Bu haqda fevralın 23-də İran prezidenti Həsən Ruhani prezident İlham Əliyevlə görüşündən sonra xəbər verib.
 
Trend-in xəbərinə görə, Həsən Ruhani deyib ki, İran və Azərbaycanın Astara şəhərlərinin dəmir yollarının cari ilin sonunadək birləşməsi vacib hadisə olacaq: ««Şimal-Cənub» dəmiryolu Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirəcək. Bu, Azərbaycan, İran və Rusiya dəmir yolları üçün birləşdirici hissə olacaq»,-deyə İran prezidenti qeyd edib. Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasında səfərdədir. Bu səfər çərçivəsində iki ölkə arasında əməkdaşlığa dair ümumilikdə 11 sənəd imzalanıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook