“İran açıq-aşkar Ermənistanın revanşist dairələrini himayə edir” - Komitə sədri

Aprel 14
12:21
2023
"İran açıq-aşkar Ermənistanın revanşist dairələrini himayə edir”.
Bunu "Report"a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O bildirib ki, İranın siyasəti bölgədə sülh və təhlükəsizlik üçün mənfi tendensiya yaradır:
"Bütün hallarda İranın Ermənistanı müdafiə etməsi, ona dəstək verməsi, xüsusilə 44 günlük vətən müharibəsindən sonra yaranmış vəziyyətdə İran tərəfinin orada gedən proseslərə mənfi istiqamətdə cəhdlər göstərməsi yolverilən deyil”.
Onun sözlərinə görə, Azərbaycan tərəfi bu məsələlərlə əlaqədar mövqeyini birmənalı şəkildə ifadə edib:
"Azərbaycan bölgədə sülh və əmin-amanlıq istəyir.
İşğal olunmuş ərazilər azad edildikdən sonra sülh müqaviləsi imzalamaq istəyir. O cümlədən müharibə başa çatdığı zaman imzalanmış noyabr sazişindən irəli gələn vəzifələrin yerinə yetirilməsini istəyir. İran isə bu məsələlərlə əlaqədar maneələr törədir. İran açıq-aşkar Ermənistanın revanşist dairələrini himayə edir, onlara kömək edir”.
Sədr son günlər Ermənistanın etdiyi təxribatlara da diqqət çəkib: