SON XƏBƏR

İran ABŞ üçün 13 “qisas senarisi” hazırladı: "Amerika üçün kabus"

Yanvar 07
13:38 2020
İran Hərbi Hava Qüvvələrinin İrana zərbəsi nəticəsində iranlı general Qasım Süleymaninin öldürülməsindən sonra Pentaqon "terror təşkilatı" kimi tanınıb.

Qaynarinfo xəbər verir ki, ABŞ-ın bütün hərbi strukturlarına dair müvafiq qanun İran parlamenti tərəfindən yekdilliklə qəbul edilib.

"Tasnim” agentliyinin verdiyi məlumata görə, komandirinin ölümündən sonra "Qüds” xüsusi təyinatlı dəstəsi ölkənin Milli İnkişaf Fondundan 200 milyon avro alacaq.

Bundan əlavə, Tehran Vaşinqtonun hərəkətlərinə cavab vermək üçün "qisas senariləri" adlandırılan 13 senarini nəzərdən keçirir. İran Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxani bu tədbirlərin "Amerika üçün kabus" olacağına söz verib.

Xatıladaq ki Qasım Süleymani ABŞ-ın hazırladığı xüsusi əməliyyat nəticəsində Bağdadda öldürülüb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook