İran ABŞ-nin nüvə sazişi təklifinə yaxın günlərdə cavab verəcəyini vəd edib

İyun 09
09:55
2025
İran ABŞ-nin Tehranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti həll etmək təklifinə yaxın günlərdə cavab verəcək.
"Report"un "Tasnim” agentliyinə istinadən xəbərinə görə, bu barədə İslam Respublikasının Atom Enerjisi Təşkilatının nümayəndəsi Behruz Kamalvəndi məlumat verib.
"İranın ABŞ-nin yazılı təklifinə cavabı demək olar, hazırdır və yaxın günlərdə təqdim olunacaq", - o deyib.