İran ABŞ bazasına hücuma görə məsuliyyət daşıyır - NATO baş katibi
![](https://qlobal.az/photo/680x365/2024-01/1706562784_b84758a3-1906-49ad-a336-bc275d9e0d5b.jpg?1722051566)
Yanvar 30
01:12
2024
NATO baş katibi Yens Stoltenberq İordaniya-Suriya sərhədindəki Tanf bölgəsində ABŞ bazasına edilən və 3 amerikalı hərbçinin ölümünə səbəb olan hücuma görə İranın məsuliyyət daşıdığını bildirib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Y.Stoltenberq ABŞ-a səfəri zamanı deyib.
Qeyd edək ki, yanvarın 28-də ABŞ Mərkəzi Komandanlığı Suriya-İordaniya sərhədindəki Tanf bölgəsində Qərb koalisiyasının hərbi bazasına pilotsuz təyyarənin hücumu nəticəsində 3 amerikalı hərbçinin həlak olduğunu, 34-nün yaralandığını açıqlayıb.
"İran regionda sabitliyi pozmaqda davam edir, o cümlədən Qırmızı dənizdə gəmilərimizə hücumu davam etdirən terrorçuları dəstəkləyir", - Stoltenberq söyləyib.