SON XƏBƏR

İran: 4 jurnalistə həbs cəzası kəsilib

Aprel 27
17:39 2016
CPJ məhkum edilən jurnalistlərin dərhal azad edilməsinə səsləyib.

ABŞ-da mənzillənən hüquq müdafiə qrupu 4 iranlı islahatpərəst jurnalistin məhkum olunmasını pisləyib.

Afərin Çitsaz, Ehsan Mazandarani, Səman Səfərzai və Davud Əsədiyə qarşı, o cümlədən, milli təhlükəsizliklə bağlı müddəalar üzrə ittihamlar irəli sürülüb.

Müqəssir tanınan jurnalistlərə 5-dən 10 ilədək həbs cəzaları verilib.

Jurnalistləri Müdafiə Komitəsi İranı (CPJ) mətbuat nümayəndələrinin "təqibinə” zəmin yaradan qanunların dəyişdirilməsinə səsləyib.

İranlı jurnalistlər ötən ilin noyabr ayında həbs olunublar.

Fevral ayında parlament və Ekspertlər Şurasına keçirilən seçkilər ərəfəsində bır sıra yazıçı, rəssam və mədəniyyət xadimi həbs olunmuşdu.

Seçkilərdə mötədil prezident Həsən Ruhaninin tərəfdarları uğurlu nəticələr göstərib.
Jurnalistlərə qarşı məhkəmə hökmü çərşənbə axşamı elan olunub.

4 nəfər, o cümlədən İran İslam Respublikası əleyhinə təbliğat”, "xarici ölkələrlə təmasa girmə” və "milli təhlükəsizlik əleyhinə” addımlarda ittiham olunublar, Tasnim agentliyi xəbər verir.
 
3 jurnalisti təmsil edən vəkil deyib ki, Rooz Online müxalifət saytının həmtəsisçisinin qardaşı olan Davud Əsədi 10 il müddətinə azadlıqdan məhrum edilib.

Farhikhtegan qəzetinin icraçı direktoru Ehsan Mazandaraniyə 7 illik həbs cəzası kəsilib, Məhəmməd Əlizade-Tabatabai deyib.

Vəkilin dediyinə görə, hökumətə məxsus qəzetdə icmalçı olan aktrisa Afərin Çitsaza 5 illik həbs cəzası kəsilib. 5 illik cəza həmçinin Andishey-e Puya dərgisinin köşə yazarı Səman Səfərzai də verilib.

Hökmə qarşı apellyasiya müddəti 21 gündür.

"Milli təhlükəsizliklə bağlı” həbslər jurnalistlərin təqibinə zəmin yaradan qanunların dəyişdirilməsinə ehtiyacın olduğunu təsdiqləyir, CPJ təşkilatından Sherif Mansour deyib.
 
"İran hakimiyyəti jurnalistlərin həbsinə son qoymalıdır”.

Jurnalistlərin həbsini tənqid edən prezident Ruhani bir neçə nitqində daha geniş media azadlıqlara səsləyib (BBC).
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook