İradə Gülməmmədovanın Çeyranbatan qəsəbə sakinlərilə səyyar qəbulu keçirilib
Avqust 20
00:20
2016
Abşeron Rayon İcra Hakimiyyətinin
başçısı İradə Gülməmmədovanın rayonun Çeyranbatan qəsəbə sakinlərilə səyyar qəbul-görüşü
keçirilib. Görüşdə
rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət
təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.
Səyyar qəbuldan əvvəl qəsəbədə yeni salınan Şəhidlər Xiyabanı ziyarət olunub, abidələri üzərinə tər çiçəklər düzülərək xatirələri bir dəqiqəlik sükütla yad edilib.
Sonra əsaslı şəkildə təmir olunan qəsəbə parkına baş çəkilib və burada görülən işlərlə tanış olunub.
Daha sonra vətəndaşlarla görüşən başçı İradə Gülməmmədova qəsəbə sakinləri ilə ötən il sentyabrın 18-də görüşdüyünü və bu zaman əhali tərəfindən qaldırılan məsələlərin ötən müddət ərzində həll olunduğunu bildirib. Bundan sonra da rayonun kənd və qəsəbələrində yaşayan sakinlərlə mütəmadi olaraq səyyar qəbulların keçiriləcəyini vurğulayan başçı təşkil edilən görüşlərin məqsədinin yerlərdə meydana çıxan problemlərin öyrənilməsi və onların həlli istiqamətində addımlar atmaq olduğunu söyləyib.
Sonra Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Azər Məmmədov qəsəbədə son bir ildə görülən işlərlə bağlı hesabat xarakterli çıxış edib. O bildirib ki, Ceyranbatan qəsəbəsinin köhnəhissəsi ilə yeni yaşayış massivinə gedən yolun avtomobillərin intensiv hərəkət etdikləri Bakı-Sumqayıt magistral yolundan keçməsi, ərazidə çoxsaylı bədbəxt hadisələrin baş verməsi qəsəbəsakinlərini, eləcədə rayon rəhbərliyini çox narahat edib. Yaranmış problemi aradn qaldırmq üçün aidiyyatı qurumlara olunan müraciətlər nəticəsindəHökümət tərəfindən Ceyranbatan qəsəbəsində Bakı-Sumqayıt yolunun üstündə müasir tələblərə cavab verən piyada keçidinin quraşdırılması barədəqərar qəbul edilib və yaxın günlərdəişlərin başlanılması nəzərdə tutulur. Onun sözlərinə görə, qəsəbədə 40 nəfər işçinin çalışacağı Maye-Qaz avadanlıqları istehsal edəcək mini müəssisənin istifadəyəverilməsi üçün hazırlıq işlərinəbaşlanılıb. Eləcə də həkim amblatoriyası təcili tibbi yardım maşını ilətəmin olunub, yeni yaşayış massivindəki tibb məntəqəsinin fəaliyyəti gücləndirilib, 2 saylı məktəbin ətrafına hasar çəkilib, sakinlərəfasiləsiz və sabit elektrik enerjisini vəiçməli suyun verilməsində ciddi dönüş yaradılıb, qəsəbənin köhnəhissəsi ilə yeni yaşayış massivini, eləcədəSumqayıt şəhərini və 147 saylı Texniki Peşəməktəbini birləşdirən avtobus marşurutunun işləməsi təmin edilib. Bununla yanaşı, sakinlərin istəyi ilə Sumqayıt - Bakı yolunun Ceyranbatan qəsəbəsinin girişində müasir tələblərə cavab verən dayanacaq qurasdırılıb.
A.Məmmədov qeyd edib ki, qəsəbənin mərkəzində torpaqlarımızın azadlığı uğrunda mərdliklə vuruşub müqəddəs şəhidlik zirvəsinə ucalan igid oğlanlarımızın şərəfinə yenidən qurulan abidə kompleksi və park, burada sakinlərin istirahəti üçün yaradılan rahat şərait RİH başçısı İradə xanımın şəhidlərin ruhuna olan yüksək ehtiramının və qəsəbəsakinlərinəgöstərdiyi böyük diqqət və qayğının bariz nümunəsidir.
Daha sonra qəsəbə sakinlərindən Abbas Yadigarov, Ramin Məhərrəmov, Sabir Novruzov və digərləri digərləri çıxış edərək rayon icra başçısının kənd və qəsəbələrdə səyyar görüşlərinin keçirməsinin çox böyük əhəmiyyət daşıdığını, əhali tərəfindən qaldırılan problemlərin həll olunmasında müstəsna kömək etdiyini bildiriblər. Ötən ilki görüşdən sonra qəsəbədə böyük genişmiqyaslı abadlıq-quruculuq işlərin aparıldığını, qaldıerılan problemlərin həll olunduğunu bildiriblər. Buna görə öz təşəkkürlərini bildirən sakinlər qəsəbədəyeni salınan məhəllələrə kommunikasiya xəttlərinin çəkilməsində, qəsəbədaxili yolların abadlaşdırılmasında köməklik göstərilməsini xahiş ediblər.
Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

Qlobal.az