İqtisadiyyat Nazirliyinin qurumu şəhid ailəsini cərimələyib - FOTO
Sentyabr 14
02:34
2021
"Evi Nazirlik tikibsə, Dövlət Xidməti şəhidin ailəsini niyə cərimələyir?"
"Birinci Qarabağ müharibəsində itkin düşən, sonradan şəhid adı verilən Babayev Aqil Sultanəli oğlunun anası qəza vəziyyətində olan evdə yaşayırdı. Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Astara rayon Təngərüd kəndində iki otaqlı ev tikib ailəyə təhvil verdi. Bu il İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran regional idarəsinin əməkdaşları gəlib şəhidin qardaşı İnam Babayevi 300 manat cərimələyiblər ki, pay torpağında ev tikmisiniz. Şəhidin ailəsi 100 manatı da artıq ödəyib".
Bunu "Arqument.az-a ictimai fəal Rüfət Əliyev deyib.
O bildirib ki, torpaq şəhidin qardaşı İnam Babayevin adına olsa da, ev anası Babayeva Telnisaya məxsusdur: "Ev anasının adına olduğu halda, Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran regional mərkəzinin əməkdaşları hansı əsasla şəhidin qardaşını cərimələyirlər?"

Onun sözlərinə görə, evi özü tikmədiyi halda dövlət xidmətinin vətəndaşı cərimələməsi qanunsuzdur: "Evi şəhid ailəsi tikməyib, dövlətin başqa bir strukturu tikib. Belə olan halda, hansı əsasla şəhid ailəsi cərimələnir? Xahiş edirik ki, bu məsələyə aydınlıq gətirilsin".
Qlobal.az